KDY Logistics - always on the right way
  • ANA SəHİFƏ
  • HAQQIMIZDA
  • XİDMƏTLƏR
  • NƏQLİYYAT DƏHLİZLƏRİ
  • MEDİA
  • Yol hesablanması
  • ƏLAQƏ
услуги фото
28 01 2019

Xidmətlər

Xidmətlər

Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Qazaxıstandakı dəmir yolu ilə tranzit, idxal və ixrac yüklərinin daşınması sahəsində geniş çeşidli peşəkar xidmətlərin həyata keçirilməsi üçün böyük güc və səylər lazımdır. Müştərilərimizə yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim etmək üçün, sahəmizdə mümkün olan bütün xidmətlərin göstərilməsinə çalışırıq. “KDY Logistics” sizin yükün daşınması üçün qapıdan-qapıya çatdırılma xidməti daxil olmaqla tam logistik həllər təmin etməyə hazırdır.
Möhürlü qapalı vaqonlar sayəsində yüklərin daşınması üçün yüksək zəmanət veririk. Bu vaqonlar malların təhlükəsizliyini tam təmin edir. Qəbul etmə imkanı yükün tonajından asılı deyildir. Yük daşımaları, yüklərin demək olar ki, istənilən bir həcminə imkan verir. Bunun sayəsində məhdudiyyətsiz yük çatdırılma qabiliyyətini təmin edə bilirik.
Hava şəraiti, malların daşınması üçün şirkətimizə mane deyil. Havadan asılı olmayaraq yükləri vaxtında ünvanına çatdırırıq.
Universallıq şirkətimizin əsasıdır. “KDY Logistics” yükü istənilən hərəkət edən dəmir yolu nəqliyyatı vasitəsi ilə çatdırır. Qənaətli yükdaşıma biznes üçün həmişə faydalıdır. Avto və hava nəqliyyat vasitələrinə nisbətən daha az və sərfəli yükdaşınma həyata keçirik.
Böyük ölçülü yüklərin quru yolu ilə məqbul müddətdə və optimal dərəcədə etibarlılığı təmin etməklə çatdırıma imkanını yaradırıq.
Standart bir nəqliyyat vasitəsinə yerləşdirilə bilməyən malların daşınması, yəni lazım olan vaxtda və optimal dərəcədə etibarlılığı təmin etməklə böyük ölçülü yükləri çatdırılmasını həyata keçiririk.
Bizim məqsədlərimizdən biri yük daşınmasında tam rahatlıq və asanlıq təmin etməkdir. Lazım olduqda, şirkətimiz bütün mövcud nəqliyyat növləri də daxil olmaqla, hərtərəfli çatdırılma xidməti göstərir. Müştərilərimiz istəklərini nəzərə alaraq yükün marşrutu üçün optimal sxem qururuq. Qapıdan-qapıya xidmətimiz isə vaxtınıza qənaət edir, ümumi nəqliyyat xərclərini azaldır, riskləri azaldır, nəqliyyatın keyfiyyətini artırır.
Bütün bunlara əlavə olaraq aşağıdakı xidmətləri də təmin edirik:
– Dəmiryolu vasitəsi ilə stansiyadan stansiyaya göndərilmə
– Plana tam uyğun olaraq hərəkət hissəsinin gedişi.
– Nəqliyyat sxemini müddətə görə uyğunlaşdırma
– Ayrı vaqonlarla göndərilmə
– Əlavə haqların ödənilməsinin qeydiyyatı
– Malların sığorta və təhlükəsizliyi
– Yüklənmə və boşaltma xidmətləri
– Standart olmayan ölçülü obyektlərin göndərilməsi
– Daşınmanın müşayiət olunması




Haqqımızda Astara-Astara dəmiryolu körpüsünün açılışı

Son Yazılar

  • UTİKAD Əməkdaşlıq
  • Həştərxan və Bakı – eyni saat qovşaqları.
  • Dənizdən yan keçən yük
  • Bakı-Tbilisi-Qars dəmir yolu
  • Mersin filialı
  • Həştərxan filialı
  • Astara-Astara dəmiryolu körpüsünün açılışı
  • Xidmətlər

Arxivlər

  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Yanvar 2019
Copyright 2018 © . Powered by ZKD