“KDY Logistics”Avia yük daşımalar

KDY Logistics” beynəlxalq hava yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Son illər sərnişin daşımaları seqmentində tələbat azaldığı halda, yük daşımaların həcmi sabit şəkildə artır. Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir. “KDY Logistics ” yük aviadaşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və yükün hava yolu ilə daşınmasının dəyərinin hesablanmasını həyata keçirirlər. “KDY Logistics” marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq hava yolları ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.

 İMKANLARIMIZ

1 Yükün göndərəndən uçuş aeroportuna daşınması.

2 Müntəzəm və çarter aviareyslərində aviadaşımaların təşkili.

3 Uçuş və eniş aeroportlarında təmsilçilik xidmətləri.

4 Uyğunlaşdırılmış anbarlarda yükün saxlanılması və xidmət göstərilməsi.

5 Zəruri müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi.

6 Daşımanın bütün mərhələlərində yükün vəziyyətinə və olduğu yerə nəzarət.

7 Yükün eniş aeroportundan alıcıyadək çatdırılması.

8 Yüklərin “bütün risklərdən” sığortalanması. Mal “Basler Versicherung” (İsveçrə), “Zurich Versicherungs-Gesellschaft AG (Zurich Insurance Company Ltd)” (İsveçrə) “Aktiv Assekuranz” (Almaniya) kimi ən iri sığorta şirkətlərində və Rusiya, Belarus və Ukraynanın ən qabaqcıl sığorta firmalarında sığortalana bilər.

9 Çarter aviadaşımalarının təşkili.