Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycanın, İranın və Rusiyanın dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuşdur. Birinci mərhələdə Şimal-Cənub dəhlizi boyunca il ərzində təxminən altı milyon ton yük, daha sonra isə 15-20 milyon ton yük daşımaq planlaşdırılır.Yük cəmi 14 gün ərzində Hindistan ərazisindən keçərək, Fars körfəzi, İran, Azərbaycan, Rusiya vasitəsilə Skandinaviya və Şimali Avropaya istiqamət edəcək.